AUT.AZ

ŞOK: Kontorlar Neftçi – Səbail oyununu proqramdan çıxardı – FOTOFAKT

Dünyanın məşhur bukmeyker kontorları Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində keçiriləcək “Səbail” – “Neftçi” matçına pul qoyuluşunu dayandırıb.

Aut.az xəbər verir ki, buna səbəb kimi oyunun nəticəsinin əvvəlcədən razılaşdırıldığı göstərilir.

Gözlənilir ki, “Neftçi” kuboka üstünlük verdiyindən, bugünkü matça ikinci heyətlə çıxacaq. “Səbail”ə isə elitada yerini qorumaq üçün qələbə hava-su kimi lazımdır.

Onu da qeyd edək ki, “Səbail” də “Neftçi” də AFFA-nın komandaları hesab olunur.

Aut.az

Exit mobile version