AUT.AZ

Şirin-şirin danışaraq nəyə gülüblər? – FOTOLAR

Fransa çempionatının lideri PSJ səfərdə ilk hissədə “Anje”ni iki dəfə məyus edib. Hər iki qolu Kilian Mbappe vurub. İkinci qolda Lionel Messi hücumçuya möhtəşəm ötürmə verib.

Oyunun fasiləsində nə haqdasa şirin-şirin danışaraq gülən Messi və Mbappe diqqəti cəlb edib. Mbappe də, Messi də ağızlarını əlləri ilə bağlayıblar ki, onların nə haqda danışdıqlarını heç kim başa düşməsin.

Ona görə də indi bu haqda ancaq təxminlər üzərində versiyalar yaratmaq olar. Çox güman ki, onlar komandanın oyunundan və həmin gün meydanda ən yüksək səviyyədə olan qarşılıqlı münasibətdən danışıblar.

Bu şəkillər onların əla münasibətə malik olduğunun bir daha sübutudur. Onlar dəfələrlə mətbuatda bir-birlərinə hörmət etdiklərini vurğulasalar da, bu, medianın müxtəlif şayiələr yaymasına mane olmayıb.

Azarkeşlər hücumçuların bir-birlərinə nə dediklərini təxmin etməyə çalışıblar:

Messiyə “Barselona”ya azad agent kimi getməyi məsləhət görür.

Messi: “Barselona”ya gedirəm”.

Mbappe: “Gələn mövsüm Madridə gedəcəyimi bilmirlər”.

Leo müqaviləni uzadır və bu klubu kiçikdən böyüyə çevirir.

Aut.az

Exit mobile version