Kriştiano Ronaldo müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.
“Yarımfinal oyununa hazırlaşmağa köklənmişəm. 💪🏽. Bu gün Ramazan bayramı qeyd olunur. Bayramınız mübarək”, – “Əl-Nəsr”in forvardı sosial şəbəkələrdə yazıb.
Qeyd edək ki, “Əl-Nəsr” Kral Kubokunun yarımfinalında “Əl-Hilal”la qarşılaşacaq.
Bir müddət əvvəl Ronaldo qeyri-etik jesti ilə Səudiyyədə tənqid hədəfinə çevrilib. Onun ölkədən deportasiya edilməsi tələb olunur.
Aut.az