AUT.AZ

Ronaldo müsəlmanları təbrik etdi

Kriştiano Ronaldo müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.

“Yarımfinal oyununa hazırlaşmağa köklənmişəm. 💪🏽. Bu gün Ramazan bayramı qeyd olunur. Bayramınız mübarək”, – “Əl-Nəsr”in forvardı sosial şəbəkələrdə yazıb.

Qeyd edək ki, “Əl-Nəsr”  Kral Kubokunun yarımfinalında “Əl-Hilal”la qarşılaşacaq.

Bir müddət əvvəl Ronaldo qeyri-etik jesti ilə Səudiyyədə tənqid hədəfinə çevrilib. Onun ölkədən deportasiya edilməsi tələb olunur.

Aut.az

 

 

Exit mobile version