AUT.AZ

Pis ilişiblər: Rəqiblər bu problemdən xəbərdardırlar və…

“Çelsi” maliyyə feyr-pley qaydalarına riayət etmək üçün mövsümün sonuna qədər bir neçə futbolçunu satmaq niyyətindədir.

Aut.az xəbər verir ki, 2022/23 mövsümündə futbolçu almaq üçün 600 milyon funt-sterlinqdən çox xərcləyən “zadəganlar” maliyyə əməliyyatlarını balanslaşdırmalıdırlar.

“Çelsi” Kristian Pulişiç, Hakim Ziyeç, Kalidu Kulibali, Ruben Loftus-Çik, Konor Qallager, Romelu Lukaku və Pyer-Emerik Obameyanqı sata bilər.

“Liverpul”, “Mançester Yunayted” və “Nyukasl”ın iddia etdiyi Meyson Maunt da gedə bilər.

London klubu oyunçularını 30 iyun tarixinə qədər satmağa məcburdur ki, bu satış onların 2022/23 maliyyə hesabatına daxil edilsin. Rəqiblər bu problemdən xəbərdardırlar və son tarix yaxınlaşdıqca, oyunçuların qiymətini maksimum dərəcədə aşağı salmağa çalışırlar.

Aut.az

Exit mobile version