AUT.AZ

Parisi sevir, amma Madrid də Madriddir axı

Daha əvvəl “Real”da oynamış PSJ-nin müdafiəçisi Serxio Ramos Paris və Madrid həyatını müqayisə edib.

Aut.az xəbər verir ki, Ramos dünyanın ən böyük və ən gözəl hesab etdiyi hər iki şəhəri bəyəndiyini bildirib.

“Paris hər şeyə malik şəhərdir. Onun sakinləri mənə buradakı həyatı öz evimdəki kimi hiss etdirdilər. Digər tərəfdən, Madridin Madrid olduğu göz qabağındadır. Mən onu atmosferi, muzeyləri və restoranları üçün sevirəm… Xüsusilə insanlar, ailə və dostlar üçün.

Mənim hələ də Madriddə evim var, ona görə də, imkan tapan kimi ailəm və dostlarımla vaxtaşırı ora gedirəm. Hər halda, bunlar dünyanın ən böyük və ən gözəl iki şəhəridir”, – “Esquire.com” Ramosdan sitat gətirib.

Aut.az

Exit mobile version