AUT.AZ

Okeanın o tayını həmişə arzulayıb, amma…

“Atletiko”nun hücumçusu Antuan Qrizmann MLS-də oynamaq istədiyini etiraf edib.

Aut.az xəbər verir ki, bununla belə, Qrizman dünyada özünü ən xoşbəxt hiss etdiyi klubun da məhz “Atletiko” olduğunu bildirib.

“MLS? Mən həmişə orada oynamaq istədiyimi demişəm, amma Avropada oynamağa davam etmək üçün əlimdən gələni də edirəm. “Atletiko”dakı oyunumu bəyənirəm. Elə bir klub yoxdur ki, orada özümü buradakından daha xoşbəxt hiss edim”, – DAZN Qrizmanndan sitat gətirib.

Qrizmannın “Atletiko” ilə müqaviləsi 2024-cü ilə qədərdir. Bu mövsüm fransalı hücumçu Madrid klubunun heyətində bütün turnirlərdə 39 matçda 12 qol vurub və 11 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version