AUT.AZ

Murad Musayev Musa Qurbanlıdan gileyləndi

Azərbaycan Premyer Liqasının XXXI turunun “Turan Tovuz” – “Sabah” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb.

Aur.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Çətin qələbə oldu. “Turan Tovuz” çox narahat futbol oynayır. İkili mübarizələrdə, uzun toplarda yaxşı oynayırlar. Bizim üçün vacib olan üç xalı qazandıq.

– Bu mövsüm Tovuzdakı hər iki oyunu Aleksey Kaşukun qolları ilə qazandız. Bu, təsadüfdür?
– Təsadüfdür. Bunu başqa cür izah edə bilmirəm. Şans elə gətirdi ki, qolu o vurdu.

– “Qarabağ”la xal fərqi 7-yə endi. Çempionluq şanslarınızı necə dəyərləndirirsiz?
– İndi bütün diqqətim “Şamaxı” ilə oyundadır. Məqsədim komandanı bu oyuna hazırlamaqdır. mayın 28-də hansı mövqedə olacağımızı görəcəyik.

– Oyundan sonra futbolçuları məşqə çıxardız. Bu, nə ilə bağlıdır?
– Az yükləmələr alan futbolçular üçün bu, normal haldır.

– Az şans qazanan oyunçuları qarşıdakı matçlarda yoxlamaq fikriniz var?
– Rəqabətdə kim üstün olursa, o şans qazanır. Bu gün yaxşı olanlar meydana çıxır.

– Ötən oyun kapitan kimi meydana çıxan Abdulaye Ba nə üçün heyətdə yox idi?
– “Qarabağ”la oyunda Musa Qurbanlı onun zədədən qayıdan ayağına zərbə endirdi. İndi müalicəsi davam edir.

– 10 komandalı çempionatın olması yaxşıdır, ya sayın artması?
– 12 komandalı çempionat daha yaxşıdır. Amma gələcək komandalar çempionatın səviyyəsinə uyğun olmalıdır. Autsayderlər mövqeyində gərgin mübarizə gedir.

– Hakimin idarəçiliyindən razı qaldız?
– Müsbət dəyələndirirəm. Amma ilk hissədə oyun çox dayandı. Fasilədən sonra xırda müdaxilələrə fit çalmadı. Bu, yaxşı hal idi.

Exit mobile version