Almaniya yığmasının sabiq müdafiəçisi, “Köln”ün kapitanı Yonas Hektor mövsümün sonunda karyerasını başa vuracaq.
32 yaşlı futbolçu bu barədə Bundesliqanın 29-cu turunda “Hoffenhaym” üzərində qələbədən (3:1) sonra məlumat verib.
Hektor 2010-cu ildən “Köln”də çıxış edir. O, Almaniya millisində 43 oyun keçirib və beynəlxalq karyerasını 2020-ci ildə başa vurub. Avro 2016-nın bürünc medalçısıdır.