AUT.AZ

Mahirin qolu ən yaxşılar arasında neçənci oldu? – VİDEO

Türkiyə Superliqasında 30-cu turun ən yaxşı qolları bəlli olub.

“beIN SORTS Turkiye”nin keçirdiyi sorğuda “Konyaspor”un futbolçusu Mahir Emrelinin “Adana Dəmirspor”la qarşılaşmada (1:2) vurduğu qol da turun ən yaxşıları arasında olub.

Sorğunun nəticələrinə görə Mahirin qolu 19,04 faiz səs toplayaraq, turun  ən yaxşı 2-ci qolu seçilib. Birinci yeri isə “Alanyaspor”la oyunda fərqlənən “Qalatasaray”ın futbolçusu Dris Mertensin qolu tutub – 64%.

Aut.az

 

Exit mobile version