AUT.AZ

Luçesku “Dinamo”dan ayrıldı

Kiyev “Dinamo”nun baş məşqçisi Mirça Luçesku “Şaxtyor”la oyundan sonra keçirilən mətbuat konfransında ayağından əməliyyat olunacağını bildirib.

Aut.az xəbər verir ki, rumın mütəxəssis komandadan ayrılacağını, “Dinamo”nu müvəqqəti olaraq Aleksandr Şavkovskinin çalışdıracağını bildirib.

“Oynaq problemlərinə görə əməliyyat olunacağam. Bu andan etibarən Şovkovski məşqçinin səlahiyyətlərini icra edir. Biz birlikdə vəziyyətə nəzarət edəcəyik. Əməliyyat Kiyevdə olacaq, baxmayaraq ki, bunu başqa ölkədə də edə bilərdim, amma hesab edirəm ki, komandaya yaxın qalmaq, Ukraynada qalmaq vacibdir”, – Luçesku bildirib.

Kiyevin əfsanəsi Aleksandr Şovkovski “Dinamo”nun məşqçilər korpusuna yanvarda qoşulub.

Aut.az

Exit mobile version