AUT.AZ

Luçesku Avroliqada bu komandaya görə mərc edər

Kiyev “Dinamo”nun baş məşqçisi Mirça Luçesku Avropa Liqasında favoritin kimin olması ilə bağlı fikirlərini bölüşüb.

“Avropa Liqasında “Roma”ya görə mərc edərdim: Mourinyo illər ərzində daha balanslı olub, lakin onun komandaları inanılmaz qəzəb nümayiş etdirir. “Feyenoord”u keçmələri öz sözünü deyir. Yarımfinalda “Yuventus”un olmasına baxmayaraq, mən onları favorit hesab edirəm”, – “La Gazzetta dello Sport” Luçeskudan sitat gətirib.

Xatırladaq ki, Avropa Liqasının yarımfinalında “Yuventus” “Sevilya” ilə, “Roma” isə “Bayer”lə qarşılaşacaq.

Aut.az

 

Exit mobile version