Oliver Kan “Bavariya”nın baş direktoru vəzifəsindən istefa verəcəyini istisna edib.
“Mənim yeganə məqsədim mövsümü çempionluq titulu ilə başa vurmaqdır. Və sonra yeni mövsümdə yenidən hücuma keçmək!”, – Kan deyib.
Qeyd edək ki, “Bavariya”da Yulian Naqlesmannın istefaya göndərilməsi, Tomas Tuxelin baş məşqçi təyin edilməsi planının Kana məxsus olduğu bildirilir.
Tuxelin gəlişindən sonra “Bavariya” Almaniya kubokunda və ÇL-də mübarizəni dayandırıb.
Münhen nəhəngi bu gün Bundesliqada “Maynts”a uduzub (1:3).
Aut.az