AUT.AZ

Bu jesti qalmaqala səbəb oldu, prezident müdaxilə etdi

İtaliya Kubokunun yarımfinal mərhələsinin Turində keçirilən “Yuventus” – “İnter” matçı (1:1) çox gərgin ab-havada başa çatdı: son dəqiqədə Romelu Lukaku penaltidən hesabı bərabərləşdirdi və qolu ənənəvi tərzdə bayram etdi. barmağını dodağına, digər əlini isə alnına qoymaqla.

Lukaku digər matçlarda və turnirlərdə vurduğu qolları dəfələrlə bu tərzdə qeyd etsə də, heç vaxt cəzalanmayıb. O cümlədən Belçika millisinin oyunlarında da .

Amma “Yuventus” – “İnter” matçının hakimi ona bu jestinə görə sarı vərəqə göstərdi. Bu, ikinci sarı vərəqə olduğu üçün belçikalı cavab oyununda oynamaq hüququnu itirdi.

Matç zamanı “Yuventus” azarkeşləri Lukakuya qarşı çoxsaylı irqçi təhqirlər yağdırıblar. Buna görə, “Yuventus” ultras tribunasının bağlanması ilə cəzalandırılıb.

Dünən, aprelin 20-də İtaliya Futbol Federasiyasının (FFI) nizam-intizam komitəsi “Yuventus”un apellyasiya şikayətini təmin edib və kluba verilən cəzanı ləğv edib. Eyni zamanda, “İnter”in Lukakunun diskvalifikasiyası ilə bağlı müraciəti isə təmin edilməyib.

Bu qərar İtaliyada və xaricdə tənqidlərə səbəb oldu: FFI irqçilikdə ittiham edildi, çünki sonda yalnız irqçi təhqirlərin qurbanı cəzalandırılmışdı.

İctimaiyyətin təzyiqi ilə FFI qərarına yenidən baxdı. Təşkilatın prezidenti Qabriele Qravina öz səlahiyyətlərindən istifadə edərək Lukakunun cəzasını ləğv edib. Beləliklə, belçikalı hücumçu çərşənbə günü – aprelin 26-da “San Siro”da keçiriləcək cavab oyununda iştirak edə biləcək.

Aut.az

Exit mobile version