AUT.AZ

“Atasının hesabına oynayır” iddiasına cavab – Sadıqovdan

“Ximki”nin hücumçusu İlya Sadıqov klubun sərmayəçisi olan atasının təsiri ilə heyətə salındığı haqda iddialara cavab verib.

“Heç vaxt belə şey olmayıb. Heç bir məşqçinin vaxtında.  Məsələn, Çerevçenkonun vaxtında heç oynamadım. Amma ona böyük hörmətim var. Ən azı mənə bu komandada olmaq imkanı verdiyinə görə: məşq etdim, öz dəyərimi sübut etməyə çalışdım. Amma o vaxt mənim üçün ehtiyat oyunçular skamyasında da olsa Premyer Liqada olmağın özü artıq arzunun qismən reallaşması idi.

Sizin həmkarlarınız bu yaxınlarda Qoqniyevdən müsahibə götürdülər. Spartak Arturoviç bildirdi ki, kimin heyətə salınması ilə bağlı ona heç kim təzyiq göstərməyib.

Yaxşı, hipotetik olaraq belə bir şeyin mövcud olduğunu təsəvvür edək… Bax, Andrey Viktoroviç Talalaev təzə gəlib. Yəni belə olsaydı, ona da deyilməli idi və məntiqlə mən çıxıb 90 dəqiqə oynamalı idim. Amma belə deyil. Deməli, iddialar cəfəngiyatdır.

Belə söhbətlərdən qurtulmaq üçün komandanı dəyişmək istəyi var? Bunun yalnız bir səbəbi var: oyun təcrübəsi.

Amma insanları şayiələr, fərziyyələr maraqlandırır… Yaxşı, bu onların haqqı və problemidir”, – “Sport Express” Sadıqovdan sitat gətirib.

Sadıqov 2021-ci ilin yayından “Ximki”də çıxış edir. Bu mövsüm 22 yaşlı hücumçu RPL-də 16 oyun keçirib, 1 qol vurub. “Ximki” Rusiya çempionatında keçirdiyi 23 oyundan 13 xal toplayaraq turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Aut.az

Exit mobile version