AUT.AZ

Runi Raşmor dağına onları layiq bilir

Runi Premyer Liqada çıxış etmiş ən yaxşı oyunçulardan biridir. O, “qırmızı şeytanlar”ın heyətində 559 oyuna çıxıb və 253 qol vurub.

Futbolçu karyerasını bitirdikdən sonra Runi məşqçiliyə başlayıb və hazırda MLS-in “DC United” klubunu çalışdırır.

Bu yaxınlarda Runi CBS-nin “Morning Footy” şousunda görünüb. Ondan “Mançester Yunayted”in üzvlərindən kimləri  Raşmor dağında (orada dörd ABŞ prezidentinin heykəli ucaldılıb: Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Abraham Linkoln) əbədiləşdirmək istədiyini soruşublar.

Ueyn belə cavab verib:

“Ser Aleks mütləq orada olmalıdır. Düşünürəm ki, Kriştiano Ronaldo, həmçinin Rayan Giqqz və bəlkə də Corc Best. Amma bir çox insan orada olmağa layiqdir”.

Aut.az

Exit mobile version