AUT.AZ

“Qarabağ” azarkeşlərinə bayram hədiyyəsi etdi

“Qarabağ” Ramazan bayramı münasibətilə azarkeşlərinə jest edib.

Aut.az xəbər verir ki, bu gün Premyer Liqanın XXXI turunda “Zirə” ilə keçiriləcək oyuna giriş pulsuz olacaq.
Bu barədə klubun sosial şəbəkə hesabından paylaşım edilib.

 

Fanatlar bu görüş üçün artıq aldıqları biletlərdən Ağdam klubunun növbəti ev oyununda istifadə edə biləcəklər.

“Zirə” ilə qarşılaşma üçün yalnız VIP biletlər satışda olacaq.

Qeyd edək ki, “Azersun Arena”da keçiriləcək Qarabağ” – “Zirə” matçı saat 20:00-da başlayacaq. “Köhlən atlar” növbəti ev oyununu “Qəbələ”yə qarşı keçirəcək.

Exit mobile version