AUT.AZ

Neymar 13 yaşında babası və nənəsi üçün “Real”dan nə tələb edib?

Neymar 13 yaşında “Real”a keçməyə yaxın olsa da, oyunçunun ailəsinin bir şərtinə görə müqavilə imzalanmayıb.

“Real”ın keçmiş idman direktoru Ramon Martinez “Marca”ya bu haqda danışıb.

“Ney 13 yaşında 10 gün burada məşq etdi. Robinyonun nümayəndəsi Vaqner Ribeyro mənə onun haqqında danışdı. Neyin gediş haqqını o özü ödədi, biz də ona yaşıdları ilə oynamağa icazə verdik. Və o, əsl yadplanetli idi. O, heyrətamiz dribling göstərdi və qol vurdu. Sonra daha bir ötürmə və qol.

Atası ilə hər şeyi müzakirə etdik: aylıq maaş, müqavilə… amma hər şey yarımçıq qaldı. Yalnız bir problem var idi: babam və nənəm Braziliyada yaşayır və onlara 60 min avroya ev almaq lazımdır. Klub razılaşmadı və müqavilə pozuldu”.

Neymar 2013-cü ildə “Real”ın əsas rəqib “Barselona”ya qoşuldu və Parisə köçməzdən əvvəl orada dörd möhtəşəm il keçirdi. O, “Barsa”nın heyətində 186 matçda 105 qol vurdu və 76 məhsuldar ötürmə etdi.

Aut.az

Exit mobile version