İtaliyanın Federal Apellyasiya Məhkəməsi “Yuventus”un keçmiş vitse-prezidenti Pavel Nedvedin işi üzrə apellyasiya şikayətini təmin edib.
Aut.az xəbər verir ki, klubun İdarə Heyətinin keçmiş üzvlərinin bir neçəsi də bəraət alıb.
Xatırladaq ki, İtaliya İdman İdarəsi “Yuventus”un silinən 15 xalının bərpa edilməsinə də qərar verib. Buna görə də komanda 7-ci pillədən 3-cü yerə yüksəlib.