AUT.AZ

Mer rusiyalı idmançıları bu şəhərə buraxmayacaq

Aprelin 20-də Ukrayna prezidenti Vladimir Zelenski Parisin meri Ann İdalqo ilə görüşüb.
Aut.az xəbər verir ki, görüşdə Rusiya idmançılarının Parisdə keçiriləcək olimpiya oyunlarına buraxılıb-buraxılmaması da müzakirə olunub.
Mer bildirib ki, Ukraynanın mövqeyini dəstəkləyirlər:
‘ Sizə olan hücum bizə, dəyərlərimizə olan hücumdur. Rusiyanın aqressiyası davam etdikcə, bu ölkənin idmançıları yarışlara, o cümldən olimiadaya buraxıla bilməz. Rusiya işğalçı siyasətini dayandırmasa, rusiyalı idmançılar Parisdə olmamalıdır”.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bildirib ki, Rusiya və Belarus idmançılarının turnirdə iştirakı ilə bağlı yekun qərar olimpiadaya bir il qalmış veriləcək.
Aut.az

Exit mobile version