AUT.AZ

Dediyi sözləri ona belə “yedirtdi”

Joze Mourinyo “Feyenoord”un çalışdırıcısı Arne Slota  “Roma” haqda dediyi sözləri xatırladıb.

Aut.az xəbər verir ki, Avropa Liqasının 1/4 finalının ilk oyunundan əvvəl Arne Slot demişdi: “Roma”nın üslubu baxımsız futboldur, nəticəyə hesablanıb.  Mən “Mançester Siti” və “Napoli”ni izləməyə üstünlük verirəm”.

İlk qarşılaşmada 0:1 hesabı ilə uduzan İtaliya komandası bir həftə sonra 4:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. “Qurdlar” qapıya 34 zərbə vurub (rotterdamlılar 15 zərbə).

Matçdan sonra Slot Mourinyonun əlini sıxmayıb. Tuneldə portuqaliyalı onu görərək qışqırıb: “Sən “Napoli”nin matçlarına baxırsan, indi bizim oyunlara bax! Hörmət göstərmək lazımdır!  Hörmət! “Mançester Siti”nin oyunlarına baxırdın? Bundan sonra  bizim oyuna baxarsan”.

Aut.az

 

Exit mobile version