AUT.AZ

Daşkənddə üçüncü oldu

Azərbaycan şahmatçısı Vüqar Rəsulov Daşkənddə keçirilən Əmir Teymur turnirində üçüncü yeri tutub.

Aut.az xəbər verir ki, o, IX turda ev sahibi Almas Rəhmətullayev üzərində qələbə qazanıb. Bununla Rəsulov 6,5 xal toplayıb və əlavə göstəricilərə görə Platon Qalperindən (Ukrayna) geri qalaraq üçüncü yeri tutub.

Şahmatçımız turnirin qalibi Əlişir Süleymenovdan (Qazaxıstan) yarım xal geri qalıb.

Exit mobile version