AUT.AZ

ÇL-in final oyununun biletləri satışa çıxarıldı – Qiymətlər

İstanbulda keçiriləcək Çempionlar Liqasının final matçının biletləri satışa çıxarılıb.

Aut.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

 

“Atatürk” Olimpiya Stadionunda olacaq həlledici görüşün biletlərinin qiyməti 70-690 avro arasında dəyişir. II və III kateqoriyalar üzrə biletlərin qiyməti 180 və 490 avro təşkil edir.

Qeyd edək ki, sözügedən matç iyunun 10-da baş tutacaq. Həlledici görüşdə “Real Madrid” – “Mançester Siti” və “İnter” – “Milan” cütlərinin qalibləri qarşılaşacaq.

Exit mobile version