AUT.AZ

Əfsanə onlara məsləhət verdi

“Arsenal”ın keçmiş hücumçusu Terri Anri aprelin 26-da “Mançester Siti”yə qarşı keçirəcəkləri Premyer Liqa matçı öncəsi “topçular”a məsləhətlər verib.

Bu oyunda, ola bilsin ki, “Arsenal” və “Mançester Siti” arasında Premyer Liqada çempionluq uğrunda mübarizəyə, nəhayət ki, son qoyulacaq.

 “Mən mövsümün əvvəlindən demişdim ki, Premyer Liqa çempionluğu emosiyalarla qazanılmır. Belə emosiya ilə  Çempionlar Liqasını, bəlkə də Dünya Kubokunu qazana bilərsiniz, amma Premyer Liqanı yox. “Arsenal” son vaxtlar çox emosionaldır. Emosional olmaq lazım deyil. Sakit olmağa dəyər”, – Anri deyib.

Aut.az 

 

Exit mobile version