AUT.AZ

“Yuventus”un silinən xalları bərpa olundu

İtaliyanın “Yuventus” klubunun silinən 15 xalı geri qaytarılıb.

Aut.az xəbər verir ki, maliyyə fırıldaqçılığında ittiham olunan Turin təmsilçisinin cəzası müvəqqəti olaraq ləğv edilib.

İtaliya İdman İdarəsinin qərarından sonra xallarını 59-a çatdıran “qoca sinyora” 7-ci sıradan 3-cü pilləyə yüksəlib.

Müvəqqəti xarakter daşıyan qərar məhkəmə prosesləri davam etdiyi müddətdə qüvvədə qalacaq.

Qeyd edək ki, İtaliya Futbol Federasiyasının Məhkəməsi bu ilin yanvarında “Yuventus”un 15 xalını silib. Bundan sonra komanda turnir cədvəlinin 10-cu pilləsinə düşüb və Çempionlar Liqasının növbəti mövsümü üçün vəsiqə şansını itirmək riski ilə üzləşib.

Exit mobile version