AUT.AZ

Türkiyədən “Qarabağ”a xəbər göndərdi: Nə etməli olduğunuzu bilirsiniz

“Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu Ağdam klubuna qayıtmaq arzusundadır.
Aut.az  xəbər verir ki, bunu cənubi afrikalı hücumçu “telecomasia.net” saytına müsahibəsində deyib.

Hazırda Türkiyə klubu “Boluspor”un formasını geyinən 33 yaşlı forvard karyerasının sonlarında yenidən Azərbaycan çempionunda çıxış etmək arzusunda olduğunu gizlətməyib:
“Qarabağ” məni qaytarmaq üçün nə etməli olduğunu bilir. Əlbəttə ki, Azərbaycan klubuna qayıdıb, orada daha 1-2 mövsüm oynamaq istəyərəm. Hər iki tərəf layihəyə sərmayə qoymalı və ona vicdanla inanmalıdır”.

Ndlovu Ağdam klubu ilə bağlı gözəl xatirələrinin olduğunu əlavə edib: “Qarabağ”ın ürəyimdə xüsusi yeri var. Çünki əksər futbolçuların karyeraları boyu edə bilmədiklərini orada reallaşdırmışam. Bu, Azərbaycan klubu ilə Çempionlar Liqasının qrupunda iştirak etməklə tarix yazmaqdır”.

Qeyd edək ki, Dino Ndlovu 2016-cı ilin yayından 2017-ci ilin sonunadək “Qarabağ”ın şərəfini qoruyub. Onun “Boluspor”la müqavilə müddəti gələn ilin yayına qədərdir.

Exit mobile version