AUT.AZ

Təkcə Kərimlə yox, onlarla da razılaşıb

“Real” yaxın vaxtlarda yarımmüdafiəçi Toni Kroos və hücumçu Vinisius Juniorla yeni müqavilə imzaladığını elan edəcək.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat verib.

Kroosun müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Yəqin ki, növbəti mövsümdən sonra alman futbolçu karyerasını başa vuracaq.

Bu mövsüm Toni 41 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. Vinisius 46 oyunda 21 qol vurub, 17 məhsuldar ötürmə edib.

Daha əvvəl məlumat yayılmışdı ki, “Real” Kərim Benzema ilə müqaviləni bir illik uzadıb.

Aut.az

 

Exit mobile version