AUT.AZ

Ronaldonu Səudiyyədən deportasiya edirlər: bu jestinə görə şikayət olundu – VİDEO

Cenoa Universitetinin hüquqşünası və professoru Nouf bin Əhməd “Əl-Nəsr”in futbolçusu Kriştiano ronaldodan şikayət edəcək.

Aut.az xəbər verir ki, professor Səudiyyə Ərəbistanı prokurorluğuna Kriştiano Ronaldonun ədəbsiz jestinə görə həbsi və ölkədən deportasiyası üçün sorğu vermək niyyətindədir. Bu barədə AS bin Əhmədin “Twitter” hesabına istinadən xəbər yayıb.

Ronaldo “Əl-Nəsr” – “Əl-Hilal” (0:2) matçında meydanı tərk edərkən tribunadan kiminsə Lionel Messinin adını qışqırmasına cavab olaraq qasıq nahiyəsini göstərib.

“Mən idmanı izləmirəm. Azarkeşlər Kriştianonu təhrik etsələr də, onun davranışı cinayətdir. Əcnəbi tərəfindən törədildikdə, həbs və deportasiya tələb edən cinayətlərdən biri ictimai ədəbsizlikdir. Bununla bağlı prokurorluğa ərizə verəcəyik”, – deyə nəşr professordan sitat gətirib.

Eyni zamanda, azarkeşlər və futbol ictimaiyyəti də sosial şəbəkələrdə etdikləri paylaşımlarla Ronaldonun ölkədən deportasiya edilməsini tələb edirlər. Vəziyyət o həddə çatıb ki, “Əl-Nəsr” məsələ ilə bağlı açıqlama verməli olub. Klub bəyanatında Krişin günahsız olduğunu bilirməyə çalışıb:

“Ronaldo zədəlidir. “Əl-Hilal”ın futbolçusu Qustavo Kuellar onu çox həssas nahiyədən vurub. Bu, həkimlər tərəfindən təsdiqlənmiş məlumatdır”.

Exit mobile version