AUT.AZ

Oynaya bilmirlər, məvacib azaldılacaq

“Çelsi” rəhbərliyi zəif çıxış etdiyi üçün komandanın futbolçularının maaşlarını kəsəcək.

“Zadəganlar” bütün yarışlarda mübarizəni vaxtından əvvəl başa vurublar, növbəti mövsüm Çempionlar Liqasında oynamayacaqlar ki, bu da klubun gəlirinin azalmasına səbəb olacaq.

“The Sun”un məlumatına görə, “Çelsi” itkiləri ödəmək üçün məvacibləri 30 faiz azaldılacaq, lakin bütün oyunçular cəzalandırılmayacaq. Cəza yalnız son iki transfer pəncərəsində imzalanmış oyunçulara, həmçinin bu mövsümdə klubla müqaviləsini yeniləyən Ris Ceyms və Ben Çiluell kimi futbolçulara şamil ediləcək.

Roman Abramoviçin dövründən müqaviləsi olan oyunçuların məvacibləri toxunulmaz qalacaq.

Aut.az

Exit mobile version