AUT.AZ

Onu Londona çağırdılar: “Evə gəl, kralım” – VİDEO

“Real”la Çempionlar Liqasının 1/4 mərhələsinin cavab qarşılaşması üçün “Stemford Bric”ə qayıdan Eden Azar “Çelsi”yə qayıtmaq təklifi alıb.

Aut.az xəbər verir ki, qarşılaşmanı ehtiyat oyunşlar skamyasından izləyən Azara “Çelsi”nin əməkdaşı qayıtmağı təklif edib.

Görüş başa çatdıqdan sonra paltardəyişmə otağına qayıdanda “Çelsi”nin əməkdaşı ona “geri qayıt” deyib.

Videonun ikinci hissəsində Azar kadrları lentə alan jurnalist Gilermo Rainin yanından keçir. Rai futbolçudan soruşur: “Eden, xatirələrin çoxdur?”

O, belə cavab verir: “Çox. Özü də yaxşı xatirələr”.

Bu qısa video “Çelsi” azarkeşlərində nostalji hissləri oyadıb və sosial şəbəkələrdə onun London klubundakı ən yaxşı anlarını xatırlamağa, hətta onun qayıtmasını təklif etməyə başladılar.

“O qayıdacaq, bilirəm”ə

“Başda “qayıt” deyən adamı qoru, İlahi”.

 “Heç vaxt bir futbolçunu onun və Droqba qədər sevəcəyimi düşünmürəm”.

“Evə gəl, kralım”.

“Göz yaşlarım yanaqlarımdan süzülür, dostum”.

Azar “Çelsi”də yeddi parlaq mövsüm keçirib. İki Premyer Liqa, iki Avropa Liqası, həmçinin bir İngiltərə Kuboku və İngiltərə Liqa Kuboku qazanıb.

O, “Çelsi”nin heyətində 110 qol vurub.

Aut.az

 

Exit mobile version