AUT.AZ

Müqavilənin detalları: bu qədər məvacib alacaq

Bu yay “Barselona”ya qayıdacağı gözlənilən Lionel Messinin imzalayacağı müqavilənin detalları açıqlanıb.

Aut.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb. Bildirilib ki, Kataloniya klubu Lionel Messiyə illik 25 milyon avro maaş təklif etməyə hazırdır. “Barselona” Messiyə bir illik müqavilə təklif edəcək. Sözləşmənin daha bir mövsüm uzadılması ehtimalı var.

Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsi 2023-cü ilin iyunun sonunda başa çatır. Bundan sonra o, azad agent olacaq. Mətbuatda yayılan xəbərlərə görə, “Barselona”dan başqa, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu argentinalıya ildə 400 milyon avro maaş təklif edib.

Exit mobile version