AUT.AZ

“Günah keçisi” tapdılar – Onu istefaya göndərirlər

“Bavariya” Oliver Kanı istefaya göndərə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Bild” qəzetinin jurnalisti Kristian Falk məlumat verib. Onun sözlərinə görə, klubda baş direktorun gələcəyi müzakirə edilir. Onun istefaya göndərilməsi real variant hesab olunur.

Martın sonunda “Bavariya” baş məşqçisi Yulian Naqelsmannı istefaya göndərib, onun yerinə Tomas Tuxel gətirilib. O vaxtdan bəri “Bavariya” Çempionlar Liqasının 1/4 final mərhələsində və Almaniya Kubokunda mübarizədən kənarlaşdırılıb.

Bu dəyişikliyə görə “günah keçisi”nin Kan olacağı ehtimalı yüksəkdir.

Aut.az

Exit mobile version