AUT.AZ

Getmək niyyəti yoxdur

PSJ-nin baş məşqçisi Kristof Qaltye növbəti mövsümdə də postunu qoruyacağına əmin olduğunu bildirib.

Qeyd edək ki, Qaltye, “Nitsa”nın keçmiş idman direktoruna yazdığı məktuba görə qalmaqalın mərkəzindədir. O, irqçilikdə ittiham olunur. Qaltye idman  direktoruna yazdığı məktubda  qaradərili və müsəlman oyunçuların çoxluğundan şikayət edib.

Buna görə onun cinayət məsuliyyətinə cəlb edilməsi ehtimalı da var.

“PSJ-nin idman müşaviri Luis Kampos ilə gələn mövsüm komandanı təkmilləşdirmək üçün etmək istədiyimiz dəyişikliklər üzərində işləyirik. Biz bir neçə həftədir ki, işləyirik və keçən həftə bunu daha ətraflı şəkildə müzakirə etdik. Növbəti mövsümdə qalacağıma əminəm? Gələn mövsüm PSJ-nin baş məşqçisi olmağı planlaşdırıram”, – deyə RMC Qaltedən sitat gətirib.

Aut.az

Exit mobile version