AUT.AZ

Eyham burdu, deyəsən, məni burada unudublar

“Bavariya”nın sağ cinah müdafiəçisi Nussair Mazraui klubu tərk etməyə çalışacağını açıqlayıb.

Aut.az xəbər verir ki, 25 yaşlı mərakeşli az oynamsından şikayətçidir. O, Münhen klubuna 2022-ci ilin iyulunda azad agent kimi keçib.

“Mövsümün ilk yarısında əsas heyətdə idim. Nəyə qadir olduğumu göstərdim. İndi mənə elə gəlir ki, məni burada unudublar.

Tuxel yenicə gəlib. Düşünürəm ki, yaxşı məşqçidir. Futbolçularla çox danışır. Bu yaxşıdır. Məşqçi ilə müzakirə apardıq, amma aramızda qalacaq.

Mən döyüşçüyəm. Amma vəziyyət dəyişməzsə… Mənim istədiyim və layiq olduğum bu deyil. Yayda nə olacağını söyləmək hələ tezdir. Bəzən futbolda hər şey çox tez baş verir”, – deyə “Bild” Mazrauidən sitat gətirib.

Aut.az

 

Exit mobile version