AUT.AZ

Çağırış: Qul ticarəti simvolundan imtina edin

Mançester klublarından tələb olunur ki, emblemlərindən gəmini çıxartsınlar.

Aut.az xəbər verir ki, ayrı-seçkiliyə qarşı mübarizə aparan fəallar, bunun köləliklə əlaqəli olduğunu iddia edirlər.

Fəalla hesab edirlər ki, bu gəmilər qul ticarətinin tarixi ilə bağlıdır. Müzakirə “The Guardian”ın “Gəmidən imtina: bu köləlik simvolu Mançester və onun futbol klublarını gözdən salırmı?” məqaləsindən sonra başlayıb. Məqalədə sual olunur: “Bu cür klub emblemləri insanlığa qarşı cinayətin simvoludur?”

Bundan əlavə, məqalədə yerli şair Lemn Sisseyin klubları emblemlərdəki qayıqlardan qurtulmağa çağıran fikirlərinə istinad edilib.

Vəziyyəti “Racism the Red Card” futbol hüquqları təşkilatının baş direktoru Qed Qrebbi şərh edib. O, bu emblemlərlə bağlı  müzakirələri “alqışladığını” bildirib.

“Ölkəmizin Atlantik qul ticarətindən qazanc əldə etdiyi geniş şəkildə sənədləşdirilib. Şəhərlərimizin və sənayemizin sərvətinin və uğurunun qul ticarəti ilə əlaqəli olduğu sübut edilib. Belə simvolları Böyük Britaniyanın hər yerində görmək olar”, – Qard bildirib.

“Mançester Yunayted” və “Mançester Siti” vəziyyəti şərh etməkdən imtina ediblər. Hər iki klubun emblemlərini dəyişmək niyyəti yoxdur.

Aut.az

Exit mobile version