AUT.AZ

Ay hakim, ikisi də razı olubsa, niyə buraxmırsan?

Dani Alves həbsxanadan buraxılması üçün yenə də hakimə müraciət edib.

“Barselona”nın və Braziliya millisinin keçmiş müdafiəçisi gecə klubunda qıza təcavüz etməkdə ittiham olunaraq yanvar ayından həbsdədir. Onu 12 ilə qədər həbs gözləyir.

Aut.az xəbər verir ki, bu gün səhər Alvesin vəkilləri yenidən hakimdən xahiş ediblər ki, müştərilərini müvəqqəti azadlığa buraxsın. Vəkillər ilkin azadlığa çıxmağın zəruriliyini qurbanla cinsi əlaqənin razılıq əsasında olması ilə əsaslandırırlar.

Sübut kimi vəkillər gecə klubunda müşahidə kameralarının çəkdiyi şəkillərlə bağlı ekspertiza rəyi veriblər. Müdafiə tərəfinin sözlərinə görə, şəkillər, təqsirləndirilən şəxsin cinsi əlaqədən əvvəl birlikdə rəqs edib içki içdiyini və qızın könüllü olaraq tualetə girdiyini təsdiqləyir. Bundan əlavə, vəkillər məhkəməni Daninin İspaniyanı tərk etməyəcəyinə inandırmağa çalışıblar.

Barselona məhkəməsi fevralın 21-dəf eyni arqumentlərə əsaslanaraq Alvesin azadlığa buraxılması tələbini rədd etmişdi.

Aut.az

Exit mobile version