AUT.AZ

Ağızlarında şirə qalıb, bu dəfə Yaponiyaya gedirlər

“Barselona” mövsümün sonunda Yaponiyada yoldaşlıq oyunu keçirməyi planlaşdırır.

Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo”nun jurnalisti Fernando Polo məlumat verib. Keçən il kataloniyalılar Avstraliyaya getmişdilər. Orada onlar A Liqasının bütün ulduzlarının komandası ilə qarşılaşmışdılar.

Həmin səfər uğurlu hesab edildi və kluba əhəmiyyətli gəlir əldə etməyə kömək etdi. “Barselona” 2022/23 mövsümünün bitməsindən dərhal sonra növbəti yoldaşlıq oyunu təşkil etməklə bu strategiyanı təkrarlamağa ümid edir.

Asiya və Avstraliya ilə bağlı bir neçə variant nəzərdən keçirilib, sonda Kataloniya klubu Yaponiyanı seçib.

“Barselona” La Liqada mövsümün son oyununu iyunun 3 və ya 4-də “Selta”ya qarşı keçirəcək. Oyunun keçiriləcəyi şəhər hələ müəyyənləşməsə də, baş məşqçi Xavi oyunçulara Yaponiyaya bir oyun üçün nəzərdə tutulan səfər barədə artıq məlumat verib. “Barselona” hətta iyunun əvvəlində baş tutacaq yoldaşlıq görüşünün təşkilinə və hazırlığına kömək etmək üçün Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edən keçmiş kapitanı Andres İnyesta ilə əlaqə saxlayıb.

Aut.az

 

Exit mobile version