AUT.AZ

AFFA-dan iki məşqçiyə 12 aylıq cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Aut.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Region Liqasının “Şərur” – “Kəngərli” oyunu “Kəngərli” təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmadığına görə “Kəngərli”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Region Liqasının “Babək” – “Batabat” oyunu “Batabat” təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmadığına görə “Batabat”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Region Liqasının “Xəzər Lənkəran 42” – “Ağsu 06” oyununda “Ağsu 06” komandasının futbolçusu Fariz Nəcəfov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.

Gənclər Liqasının “Sumqayıt” FK – “Neftçi” PFK oyununda “Sumqayıt”ın futbolçusu Murad Rüstəmov ciddi qayda pozuntusuna (oyun epizodunda rəqibin başına ayaqla zərbə) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.

U-17 Liqasının “Kəpəz” PFK – “Xan Lənkəran” qarşılaşması “Xan Lənkəran” maliyyə problemləri ucbatından oyunda iştirak edə bilməməsinə görə baş tutmayıb. Buna görə “Xan Lənkəran”a 0:3 hesablı texniki məğlubiyyət verilib. “Xan Lənkəran” komandası artıq 2-ci dəfədir ki, oyuna gəlmir.

U-15 Liqasının “Kəngərli” – “Arpaçay” (Şərur) oyununda “Arpaçay”ın baş məşqçisi Bilal Nağıyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığına, oyundan sonra hakimlər otağına gələrək təhdid və təhqir etməyə davam etdiyinə, bu hadisə dəfələrlə təkrarlandığına görə 10 oyun cəzalandırılıb. Qərar bütün liqalara şamil olunacaq.

U-14 Liqasının “Babək” – “Arpaçay” (Şərur) oyunu “Babək” komandası təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmadığına görə “Babək” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-14 Liqasının “Kəpəz” PFK – “Çinar” (Gəncə) oyunu “Çinar” təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmadığına görə “Çinar”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasının “Şirvan” (Ağdaş) – “Ulduz Mingəçevir” oyununda lisenziyası olan, lakin protokolda adı qeyd edilməyən futbolçuların oynaması, 2021/22-ci il mövsümündə də “Ulduz Mingəçevir” komandasının məşqçiləri Ənvər Nəsibov və Məhəmməd İsmayılov tərəfindən belə saxtalaşdırma hallarına yol verilməsinə görə “Ulduz Mingəçevir” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. Ənvər Nəsibov və Məhəmməd İsmayılov 6 ay şərti olmaqla, 12 aylıq futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb.

U-12 Liqasının 8№-li İOEUGİM – İCBFA oyunu 8№-li İOEUGİM komandasının heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə 8№-li İOEUGİM klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-11 Liqasının “Azəri” (Gəncə) – “Dinamo” (Gəncə) oyunu “Dinamo”nun heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə “Dinamo”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasının “Çinar” (Gəncə) – “Azəri” (Gəncə) oyunu “Azəri”nin baş məşqçisi Cavad Nəcəfi qarşılaşmanın 45-ci dəqiqəsində komandanı meydançadan çıxartdığı üçün başa çatmayıb. Buna görə “Azəri” (Gəncə) klubuna 0:3 hesabı ilə məğlubiyyət verilib.

U-10 Liqasının “Gəncəvi” (Gəncə) – “Dinamo” (Gəncə) oyununun 18-ci dəqiqəsində hakim tərəfindən “Dinamo” (Gəncə) komandasının heyətində lisenziyası olmayan və adı protokolda qeyd edilməyən futbolçular aşkarlandığına görə “Dinamo”ya xəbərdarlıq edilib.

U-10 Liqasının “Səbail” – “Sumqayıt” oyununda “Sumqayıt”ın baş məşqçisi Vüsal Əsədov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılıb.

Exit mobile version