AUT.AZ

8 nəfər məhkəmə qarşısına çıxarılır

Argentinalı futbol əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı qalmaqal davam edir.

Aut.az xəbər verir ki, “ehtiyatsızlıqdan adam öldürmə” maddəsi ilə ittiham olunan səkkiz tibb işçisi mühakimə olunacaq. 2020-ci ilin noyabrında 60 yaşında ürək çatışmazlığından vəfat edən Maradonaya neyrocərrah Leopoldo Luke və psixiatr Aqustina Kosaçov qayğı göstərməməkdə ittiham olunurlar. Bu, San Isidro prokurorluğunun bir illik araşdırmasından sonra üzə çıxıb. İddialara görə, Maradonanın həkim komandası ardıcıl olaraq onun müalicəsi çətin olan xəstəliyinin olduğunu bildirib.

Ancaq ölümündən sonra tibbi ekspertiza rəyi onun təbii səbəblərdən öldüyünü göstərib.

Qeyd edək ki, 1986-cı ildə Argentina yığması ilə Dünya Kubokunu qazanan Maradona 2020-ci il noyabrın 25-də vəfat edib.

Exit mobile version