AUT.AZ

Zubirə görə gəlirlər

“Qarabağ”ın futbolçusu Abdullah Zubir yenə gündəmə gəlib.

Aut.az xəbər verir ki, Super Liqaya vəsiqəni təmin edən “Samsunspor” 31 yaşlı cinah oyunçusu ilə maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, Samsun təmsilçisinin Zubiri izləmək üçün yaxın günlərdə Azərbaycana skaut göndərəcəyi bildirilir.

Mərakeş əsilli fransalı futbolçu bu mövsüm “Qarabağ” formasıyla 45 oyunda 8 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Exit mobile version