AUT.AZ

“Zirvə Astara”dan ardıcıl üçüncü qələbə

“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 27-ci turunun açılış oyunu baş tutub.

Aut.az xəbər verir ki, pley-offdan kənarda qalmış “Neftçi” İK və “Zirvə Astara” komandalarının üz-üzə gəldiyi oyunun yekununda, Şəhriyar Əsgərovun rəhbərlik etdiyi Astara basketbolçuları rəqib üzərində 103:90 hesablı qələbə qazanıblar.

Ən məhsuldar basketbolçular “Neftçi”dən Zaur Quşanov (27 xal, 9 ribaund), “Zirvə”dən isə Cerret Henderson (32 xal, 8 ribaund) olublar.

Turun digər oyunları (“Sərhədçi” – “Sabah”, “Gəncə” – NTD, “Olimpik Şəki” – “AAAF Xırdalan”) 20, 22 və 23 apreldə baş tutacaq.

Exit mobile version