AUT.AZ

“Xəzər Lənkəran”ın əfsanəsi sərt danışdı: Bir günün içində…

“Xəzər Lənkəran” və “Beşitkaş”ın sabiq futbolçusu Oktay Derelioğlu verdiyi açıqlamalarla gündəmə gəlib.

Aut.az xəbər verir ki, 47 yaşlı mütəxəssis Türkiyə millisinin sabiq üzvü Arda Turanın “Eyupsor”a baş məşqçi təyin edilməsinə etiraz edib. O bildirib ki, karyerasını bitirən futbolçu dərhal baş məşqçi kimi fəaliyyətə başlamamalıdır:

“Dünən futbolla vidalaşıb bu gün baş məşqçi ola bilməzsən, dost! Türkiyədən başqa heç yerdə bu qədər qısa zamanda baş məşqçi ola bilməzsən. Bu iş digər adıyla insan idarəetmə sənətidir. Bu işi bir gün üçündə öyrənə bilməzsən. Əvvəlcə məşqçi kimi təcrübə toplamaq lazımdır”.

Exit mobile version