AUT.AZ

Təsirli müraciət: Yaşla dolu gözlərinizi görüb…

“Napoli”nin cinah oyunçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra neapollu azarkeşlərə müraciət edib.

 “Yaşla dolu gözlərinizi görüb, sizi xoşbəxt edə bilməyəcəyimi anlamaq mənim üçün çətindir. Bu təcrübədən dərs almaq üçün əlimdən gələni edəcəyəm. Çox təəssüf edirəm, amma hər saniyə hiss etdiyim dəstəyinizə görə minnətdaram! Mən hamınızı sevirəm və söz verirəm ki, biz daha güclü qayıdacağıq! Qarşıda çoxlu matçlar var, ona görə də arzu davam edir”, – 22 yaşlı Kvaratsxeliya sosial şəbəkədə yazıb.

Aprelin 18-də Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Milan”la 1:1 (ilk oyun – 0:1) hesablı heç-heçə edən “Napoli” turnirdəki çıxışını başa vurub. 82-ci dəqiqədə gürcü futbolçu penaltini yerinə yetirə bilməyib.

Aut.az

Exit mobile version