AUT.AZ

Ronaldo rəqibini belə boğdu – VİDEO

“Əl-Nəsr”də çıxış edən Kriştiano Ronaldo növbəti dəfə diqqət mərkəzinə düşüb.

Aut.az xəbər verir ki, portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı çempionatının 25-ci turu çərçivəsində keçirilən “Əl-Hilal”la prinsipial matçda etdiyi hərəkətlə gündəmə gəlib.

Ronaldo matçın 57-ci dəqiqəsində rəqib komandanın üzvü Qustavo Kuelyara qarşı kobub oynayıb. Kriş mübarizə əsnasında 30 yaşlı kolumbiyalı futbolçuyla qarşı qadağan edilmiş boğucu fənddən istifadə edilib. Baş hakim Maykl Oliver ulduz futbolçunu sarı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, “Əl-Nəsr” – “Əl-Hilal” matçı Ronaldonun komandasının 0:2 hesablı məğlubiyyəti ilə nəticələnib. “Sarı-göylər” bu məğlubiyyət nəticəsində lider “Əl-İttihad”dan 3 geri qalırlar.

 

Exit mobile version