AUT.AZ

Rəhbərlikdən narazıdır: Səhv addım idi

“Çelsi”nin müdafiəçisi Tiaqo Silva, son iki transfer pəncərəsində oyunçu alınmasına təxminən 600 milyon funt sterlinq xərcləyən klubun yeni sahiblərində razı deyil.

Braziliyalının sözlərinə görə, komandada həddindən artıq çox oyunçu var.

“Düşünürəm ki, ilk addım atılıb. Səhv addım idi, amma atıldı. Məsuliyyəti öz üzərimizə götürməsək, menecerləri günahlandıra bilmərik. Bu, klub üçün çətin dövrdür. Sahibin dəyişməsi, yeni futbolçuların gəlməsi – futbolçular yerləşmədiyi üçün  paltardəyişmə otağının ölçüsünü artırmalı olduq.

Müsbət cəhət odur ki, komandada böyük oyunçular var, amma digər tərəfdən, həmişə narazı qalacaq futbolçular da var. Kimsə həmişə üzüləcək, çünki hamı oynaya bilməz.

Məşqçi 30+ nəfərdən yalnız 11-ni seçə bilər ki, bu da çətindir. Bəziləri heyətə düşə bilmir, yanvarda səkkiz yeni oyunçu ilə müqavilə imzaladıq, dayanıb strategiya qurmalıyıq, əks halda növbəti mövsümdə də eyni səhvlərə yol verə bilərik”, – deyə “Football365” Silvadan sitat gətirib.

Aut.az

 

Exit mobile version