AUT.AZ

Qorxub, ona görə də karyerasını bitirib

Keçmiş Formula 1 pilotu Niko Rosberq 2016-cı ildə Lyuis Hemilton üzərində qələbə qazandıqdan sonra 31 yaşında karyerasını niyə bitirdiyinə aydınlıq gətirib.

Həmin vaxt Rosberqin qərarı çoxlarını təəccübləndirmişdi.

“Mən dünya çempionu oldum, zirvəyə qalxdım. Və qorxdum ki, karyeramı davam etdirsəm, kifayət qədər sürətli ola bilməyəcəm. Və bundan sonra komandasız qalacağam, Formula1-də heç kim mənimlə bir daha müqavilə imzalamaq istəməyəcək. Və belə qərara gəldim ki, karyeramı gec bitirməkdənsə, indi daha yaxşı olar”, – Rosberq bildirib.

Aut.az

Exit mobile version