AUT.AZ

Prioritet bəllidir: amma 100 milyon yoxdur

“Tottenhem”in hücumçusu Harri Keyn PSJ-nin maraq dairəsindədir.

Aut.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.  “Tottenhem”in hücumçusu yay transfer pəncərəsində heyətini gücləndirmək variantları axtaran Paris klubunun diqqətini çəkib. PSJ-nin futbol müşaviri Luis Kampos Keynin transferini klub üçün əsas prioritet hesab edib.

Bu əməliyyatın həyata keçirilməsində əsas maneələrdən biri oyunçunun qiyməti olacaq. Londonluların Keynin transferi üçün təxminən 100 milyon avro tələb edəcəyi gözlənilir.

Keyn bu mövsüm Premyer Liqanın 31 oyununda 23 qol vurub və 2 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version