AUT.AZ

“Neftçi” -“Qəbələ”-“Şamaxı” üçbucağı: Bu yerdəyişmələr olacaq

Mövsümün sonu gəldikcə komandalar yeni futbol ili ilə bağlı planlar qurmağa başlayırlar. Premyer Liqa klublarının bir neçəsi artıq bu istiqamətdə böyük addımlar atmağa hazırlaşırlar.

Aut.az-ın əldə etdiyi məlumata görə, bu sarıdan ən aktiv klub “Neftçi”dir. Gələn mövsüm çempionluq uğrunda mübarizə aparmaq istəyən “ağ-qaralar” yeni transferlə yanaşı, mümkün baş məşqçi dəyişikliyinə də hazırlaşırlar. Bu məsələ ilə idman direktoru Zaur Əzizov məşğul olur. O, artıq seçimini edib.

Əzizov bir vaxtlar “Qəbələ”də birgə çalışdığı Elmar Baxşıyevi “Neftçi”yə dəvət edib. Əyalət təmsilçisinin baş məşqçisi bu təklifə müsbət yanaşır. O, “qırmızı-qaralar”la mövsümün sonunda bitəcək müqaviləni uzatmayacaq.

“Ağ-qaralar” mövsümü titulla başa vursalar, Azərbaycan kubokunu qazansalar belə, hazırkı çalışdırıcı Laurentsiu Regekampf postundan göndərlilə bilər.

Bu baş verməsə belə, Elmar Baxşıyev yenə “Neftçi”yə gətiriləcək.  Ona klubda vəzifə veriləcək. Bu addım 42 yaşlı mütəxəssisin komandanı yaxşı tanıması və mümkün dəyişikliyə hazır olması üçün atılacaq.

Məsələdən xəbərdar olan “Qəbələ” rəhbərliyi də baş məşqçi axtarışlarına başlayıb və seçim edilib. “Qırmızı-qaralar”ın sabiq kapitanı, hazırda “Şamaxı”da çalışan Cavid Hüseynovla ilkin razılıq əldə olunub.

Aut.az

Exit mobile version