AUT.AZ

Müqaviləni uzatdı – Sonuncu dəfə

Kərim Benzema “Real”la müqaviləsini uzadıb.

Aut.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Madrid klubu müqavilənin 2024-cü ilə qədər uzadılması variantını aktivləşdirib.

“Real” yazılmamış qaydadan yararlanıb. Bu qaydaya görə,  “Qızıl top”u qazanan futbolçu ilə müqavilə avtomatik yenilənir.

Fransız futbolçu başa düşür ki, gələn mövsüm onun Madriddəki sonuncu mövsümü olacaq. Braziliyalı hücumçu Endrik 2024-cü ildə “Real”a keçəcək, üstəlik, klub hücumu gücləndirmək üçün yeni variantlar da axtarır.

Benzema bu mövsüm La Liqada 19 oyuna çıxıb, 14 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version