AUT.AZ

Münhendə möcüzə olacaq?

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Aut.az xəbər verir ki, son oyun günündə daha iki cavab matçı keçiriləcək. Münhen və Milanda baş tutacaq qarşılaşmalarda növbəti yarımfinalçılar müəyyənləşəcək.

İlk üç cavabsız qolla qələbə qazanan “Mançester Siti” bu dəfə səfərdə “Bayern”lə üz-üzə gələcək. “Şəhərlilər”in əsas məqsədi Almaniyadan sərfəli nəticə ilə dönməkdir. Tomas Tuxelin rəhbərlik etdiyi “pivəçilər” isə sürpriz axtarışında olacaqlar.

Gecənin digər matçında isə “İnter” ilk görüşdə 2:0 hesabı ilə məğlub etdiyi “Benfika”nı sınağa çəkəcək. “Neradzurra”nın bu üstünlüyü əldən verəcəyi inandırıcı görünmür.

Qeyd edək ki, artıq yarımfinal mərhələsinin iki iştirakçısı məlumdur. “Çelsi”yə hər iki oyunda aman verməyən “Real” və “Napoli”yə “boyun əyməyən” “Milan” finala gedən yoldakı rəqiblərini gözləyirlər.

Çempionlar Liqası: 1/4 final, cavab oyunları
19 aprel

23:00 Bayern – Mançester Siti (İlk oyun 0:3)
Baş hakim: Klemen Turpin (Fransa)
Münhen, “Alyans Arena”

23:00 İnter – Benfika (İlk oyun 2:0)
Baş hakim: Karlos Del Serro (İspaniya)
Milan, “Cüzeppe Meatsa”

Exit mobile version